Bank Of Baku

Uitkoff: Ukrayna və Rusiya 314 hərbi əsiri dəyişmək barədə razılığa gəlib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

© APA | ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff

# 05 fevral 2026 14:36 (UTC +04:00)

Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 hərbi əsirin mübadiləsi ilə bağlı razılığa gəlib.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X”-də bildirib.

“Bu nəticə ətraflı və məhsuldar sülh danışıqları nəticəsində əldə edilib. Bu cür mühüm addımlar göstərir ki, davamlı diplomatik fəaliyyət real nəticələr verir və Ukraynadakı müharibənin sonlanmasına doğru irəliləyir”, - o qeyd edib.

Uitkoff danışıqların davam etdiriləcəyini və yaxın həftələrdə əlavə irəliləyişlərin gözlənildiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR