Paşha Bank
Bank Of Baku

Uitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner

© APA | ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner

# 17 noyabr 2026 10:08 (UTC +04:00)

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner noyabrın 19-da Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər.

APA xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi və ölkə iqtisadiyyatının müharibədən sonrakı bərpası planı müzakirə olunacaq.

Danışıqların əsas məqsədi Rusiyanın gələcəkdə Ukraynaya mümkün hücumlarının qarşısını almaq üçün təhlükəsizlik mexanizmlərinin hazırlanması, həmçinin ölkə iqtisadiyyatının bərpasına dair konkret planların nəzərdən keçirilməsidir.

ABŞ administrasiyasının nümayəndəsi Berlində keçiriləcək görüşü və Donald Trampın Çinə səfərini əlaqələndirilmiş diplomatik səylərin tərkib hissəsi kimi qiymətləndirib.

Qeyd edək ki, Uitkoff və Kuşner ötən həftə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Onlar noyabrın 16-da Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakovla Ukrayna müharibəsinin nizamlanması istiqamətində növbəti addımları müzakirə ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski də noyabrın 16-da ABŞ və Avropa rəsmiləri ilə onlayn danışıqların keçirildiyini təsdiqləyib. Danışıqlarda Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşanın nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR