Bank Of Baku

“The Wall Street Journal”: “İran Avropaya qaz nəqlini Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirməyəcək”

“The Wall Street Journal”: “İran Avropaya qaz nəqlini Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirməyəcək”
# 14 sentyabr 2015 16:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

 
Nəşrin yazdığına görə, Avropa Komissiyası İrandan 2030-cu ilə kimi 25 -35 milyon kubmetr qaz idxal edə biləcəyinə ümid edir. Bununla da İrandan olan qaz idxalının həcmi Şimali Afrikadan olan idxalla eynilik təşkil edəcək və Aİ-nin Rusiyadan olan qaz asılılığını azaltmağa kömək edəcək. Qeyd edək ki, Rusiya hazırda Avropaya 130 mlrd. kubmetr qaz ixrac edir.

 
Avropa İttifaqının ilkin dəyərləndirmələrinə görə, İrandan Avropaya ötürüləcək 35 mlrd. kubmetr qazın əsas hissəsi  sıxılmış halda İspaniya vasitəsilə çatdırılacaq. Bu həcm isə gələn ilin əvvəlində nəşr olunacaq “Sıxılmış qazın çatdırılmasının inkişafı strategiyası”na daxil ediləcək. Bu isə o deməkdir ki, yaxın vaxtlarda Avropa İttifaqı İranı Azərbaycandan Avropaya qaz nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi ilə bağlamağa cəhd etməyəcək. Bunun əvəzində İspaniyadan olan boru xətti sistemini genişləndiriləcək. Artıq Avropa şirkətləri də İranla energetika sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.
 

Qeyd edək ki, İran 2016-cı ildən başlayaraq sutkalıq qaz istehsalı həcmini artırmağa hazır olduğu bəyan edib. Öncə hasilat gündə 700 mln. kubmetrə çatdırılacaq, yəni indikindən 50 mln. kubmetr çox olacaq. Gələcəkdə isə İran bu həcmi gündəlik 1,2 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR