Bank Of Baku

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub
# 23 may 2015 21:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə məlumat verib.  

 

“Amerikanın “Ross” hərbi raket gəmisi saat 17-18 radələrində (Bakı vaxtı ilə 19.00-20.00) boğazlardan keçərək Qara dənizə daxil olub”, deyə o bildirib.  

 

Məlumata görə,  “Ross” hərbi raket gəmisi Aegis döyüş idarə-informasiya sistemi, qanadlı “Tomahawk” raketləri,  RIM-156 SM-2  zenit raketləri və sualtı qayıqlar əleyhinə RUM-139 VL-Asroc raketlərini buraxmağa qadir qurğular, həmçinin müxtəlif pulemyot və top silahlarla təchiz olunub.

 

Gəmi göyərtəsinə bir ədəd Sikorsky SH-60 Seahawk helikopteri qəbul etmək imkanına malikdir.   

 

Qeyd edək ki, bundan əvvəl, martda NATO-nun 6 hərbi gəmisi Qara dənizə daxil olaraq Türkiyə və Rumıniyanın hərbi gəmiləri ilə birgə hərbi təlimlər keçirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR