Bank Of Baku

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan şəxs saxlanılıb

ABŞ-da 1959-cu ildə həbsxanadan qaçan şəxs saxlanılıb
# 06 may 2015 01:28 (UTC +04:00)

Bakı-APA. ABŞ polisi 56 il axtarışda olan şəxsi saxlayıb.  APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Ohayo ştatının sakini Frenk Freşuoters idarə etdiyi avtomobillə piyadanı vurub öldürdüyünə görə 1957-ci ildə həbs cəzasına məhkum edilib.  1959-cu ildə həbsxanadan qaçmağa müvəffəq olan  Frenk Freşuoters o vaxtdan axtarışda olub. Məlumata görə, o 1975-ci ildə Qərbi Virciniya ştatında həbs olunub, lakin qubernator naməlum səbəbdən onu ekstradisiya etməkdən imtina edib.  

 

Onun başqa ştatın ərazisində saxlanıldığı bildirilir. Hazırda Frenk Freşuoters barəsində həbs-qətimkan tədbiri seçilib. Onun yaxın zamanda Ohayo ştatına ekstradisiya olunacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR