Bank Of Baku

ABŞ-da jurnalistləri öldürən şəxs intihara cəhd edib - YENİLƏNİB

ABŞ-da jurnalistləri öldürən şəxs intihara cəhd edib - <span style="color: red;">YENİLƏNİB
# 26 avqust 2015 19:05 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Cinayətkarın hərəkətinin motivi bəlli deyil.

 

Avqustun 26-da ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı WDBJ7 telekanalının reportyoru Elison Parker və fotoqraf Adam Uard keçmiş həmkarı Brays Uilyams tərəfindən güllələnib. Bundan sonra B.Uilyamsın intihar etdiyi barədə məlumat yayılmışdı.

 

***

 

21:09

 

Bakı - APA.  ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı bir jurnalist və bir fotomüxbir öldürən şəxs intihar edib.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qətli törədənin şəxsiyyəti müəyyənləşib.

 

Brays Uilyams əvvələr WDBJ7 telekanalının əməkdaşı, güllələdiyi şəxslərin həmkarı olub.

 

İntihardan əvvəl hadisənin video görüntülərini yayan Brays Uilyams jurnalistləri qeyri-peşəkarlıqda günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR