Bakı – APA. ABŞ-da məxfi xidmət əməkdaşları Ağ evin yanında pilotsuz aparatı yerdən idarə edən şəxsi saxlayıblar.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, iPad ölçüsündə olan aparat Lafayet parkı üzərində 30 metr hündürlükdə uçurdu.
Bu zaman prezident Barak Obama Ağ evdə olmayıb. O, Kemp-Deviddə Fars körfəzi liderlərinin görüşündə iştirak edirdi.
Ağ evin üzərində uçan aparata baxış keçirilib, onun təhlükəsiz olduğu bildirilir.