Bank Of Baku

ABŞ-da həbsxanada iğtişaş baş verib, ölənlər var

ABŞ-da həbsxanada iğtişaş baş verib, ölənlər var
# 11 may 2015 17:40 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nebraska ştatında xüsusi rejimli həbsxanada baş vermiş iğtişaş nəticəsində 2 nəfər ölüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, insident mayın 10-da qeydə alınıb.

 

Dustaqlar həbsxana ərazisində bir neçə binanın zəbt etsə də, polis etirazçıları sıxışdırıb çıxarmağa və asayişi bərpa etməyə müvəffəq olub. İğtişaş zamanı həbsxanada güclü yanğının baş verdiyi qeyd edilir. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR