Bank Of Baku

ABŞ-da polis əməkdaşları bu il 600 nəfəri öldürüb

ABŞ-da polis əməkdaşları bu il 600 nəfəri öldürüb
# 12 avqust 2015 19:36 (UTC +04:00)

Bakı-APA. 2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 601 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “ Washington Post ” qəzeti yazıb.

 

Nəşrin qeyd etdiyinə görə,  onlardan 153 nəfər qaradərili, 60 nəfəri isə üzərində silah olmayan şəxslərdir. Son ay ərzində polis əməkdaşları 85 nəfəri öldürüb.

 

Xatırladaq ki, 2014-cü il, avqustun 4-də ABŞ-ın Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Braunun polis zabiti Darren Uilson tərəfindən güllələnməsi ölkədə etiraz nümayişlərinin keçirilməsinə səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR