Bank Of Baku

ABŞ-da qaradərili vətəndaşı qətlə yetirən polis zabiti həbs olunub

ABŞ-da qaradərili vətəndaşı qətlə yetirən polis zabiti həbs olunub
# 08 aprel 2015 04:49 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Cənubi Karolina ştatında qaradərili vətəndaşı qətlə yetirməkdə ittiham olunan polis zabiti həbs edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Röyters məlumat yayıb.     

 

Məlumata görə, aprelin 4-də baş vermiş insidentin videosu araşdırıldıqdan sonra 33 yaşlı zabit Maykl Sleyqerin həbs edilməsinə qərar verilib.

 

Video kadrlarda Maykl Sleyqerin avtomobili saxladığı və hadisə yerindən qaçmağa cəhd edən sürücünün kürək nahiyəsindən 8 dəfə atəş açdığı əks olunub.

 

Polis zabiti öldürülən şəxsin silah çıxarmağa cəhd etdiyini iddia edib. Lakin video görüntüdə   qətlə yetirilən vətəndaşın silahsız olduğu müəyyənləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR