Bank Of Baku

ABŞ-da sərnişin avtobusu bankın binasına çırpılıb

ABŞ-da sərnişin avtobusu bankın binasına çırpılıb
# 09 iyul 2015 00:23 (UTC +04:00)

Bakı-APA. ABŞ-da idarəetməni itirən sərnişin avtobusu bankın binasına çırpılıb.

 

APA-nın CBS telekanalına istinadən verdiyi xəbərə görə, insident Nyu-Cersi ştatında qeydə alınıb.

 

Qəza nəticəsində azı 1 nəfərin öldüyü bildirilir. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat yoxdur. CBS-in məlumatına görə, avtobus bank binasının bir hissəsini uçurub.

 

Xatırladaq ki, iyun ayında Nyu-York- Nyu-Cersi marşrutu ilə  hərəkət edən sərnişin avtobusu kanadalı tələbələri daşıyan avtobusla toqquşmuşdu. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR