Bakı-APA. ABŞ-da Vaşinqton-Nyu-York sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 200 nəfər tibbi yardım üçün müraciət edib.
Qəza zamanı qatarda 240 sərnişinin olduğu bildirilir.
ABŞ-ın nəqliyyatda təhlükəsizlik üzrə milli bürosunun mütəxəssisləri qəzanın başvermə səbəblərini araşdırırlar.
Qeyd edək ki, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında baş verib.