Bank Of Baku

ABŞ-da baş verən silahı insident nəticəsində 4 hərbçi ölüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

ABŞ-da baş verən silahı insident nəticəsində 4 hərbçi ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 16 iyul 2015 21:30 (UTC +04:00)

Bakı-APA. ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.

 

Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu güllələyən şəxsin Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.

 

Hücum nəticəsində 3 nəfərin, o cümlədən 1 polis əməkdaşının yaralandığı bildirlilr.

 

Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.

 

***

 

23:33

 

Bakı-APAABŞ-da silahlı insident nəticəsində yaralanan 4 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində qeydə alınıb

 

Naməlum şəxs avtomobildən atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.

 

Son məlumatlara əsasən, hərbçilərə hücum edən şəxs polis tərəfindən məhv edilib.

 

 

 

***

 

22:13

 

Bakı – APA. ABŞ-da silahlı insident nəticəsində 5 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində baş verib

 

Naməlum şəxs atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.

 

Rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

 

Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR