Dünya Diaspora Assambleyasından APA-ya verilən məlumatya görə, din xadimləri, biznes dairələrin nümayəndələri, ictimai liderlər, hökumət nümayəndələrindən də iştirak etdiyi səhər qəlyənaltısı iştirakçıları Ukrayna üçün dualar edib. Tədbir ABŞ, Ukrayna və Avropada müxtəlif etnik qrupların liderlərinin xeyriyyə fəaliyyətini koordinasiya edən Dünya Diaspor Assambleyasının həmsədrləri olan Rövşən Tağıyev və Leo Bardın təşkilatı dəstəyi ilə həyata keçirilib.
Simvolik olaraq əl-ələ tutan insanlar Allahdan Ukraynanın cənub-şərqindəki münaqişənin tezliklə həll olunmasını istəyib. "Bizim bir çoxlarımız ilk dəfədir ki, görüşürük, lakin əl-ələ tuta bilirik, çünki hamımız Ukraynanı sevirik. Biz Ukraynanın öz regionu bütün dünya üçün nə əhəmiyyət kəsb etdiyini bilirik", - açılışda SUN prezidenti Qeri Kellner bildirib.
Qeyd olunur ki, xeyriyyə banketində ukraynalı artist Vasili Bondarçuk da iştirak edib. Tədbirdə həmçinin Kiyev və Ukraynanın baş ravvini Yakov Dov Blayx, Kiyev patriarxatının Ukrayna pravoslav kilsəsinin patriarx müavini mitropolit Yepifani, Roma katolik kilsəsinin Xarkov-Zaporojets yeparxiyasının yepiskopu Yan Sobilo, Ukrayna Kilsələrarası yevanqeliya kilsələri şurasının sədri yepiskop Valeri Reşetinski, Ukrayna müsəlmanları dini idarəsinin sədri, mufti Əhməd Tamim, Ukrayna müsəlmanları dini idarəsinin beynəlxalq əlaqələr üzrə departamentinin rəhbəri şeyx Hüsaməddin Əl Xalavani iştirak edib.
SUN təşkilatı Ukrayna üçün, eləcə də ölkənin cənub-şərqində antiterror əməliyyatı iştirakçıları üçün vəsait və humanitar yardım, tibbi avadanlıq, dərman, gündəlik təxirəsalınmaz əşyaların toplanması üçün yaradılıb. SUN həm Ukraynada, həm də bütün dünyadakı dini icmaları qaçqınlara yardımda əsas tərəfdaş kimi görür.