Bank Of Baku

ABŞ-da universitet şəhərciyində atışma olub, 3 nəfər ölüb

ABŞ-da universitet şəhərciyində atışma olub, 3 nəfər ölüb
# 08 iyul 2015 07:44 (UTC +04:00)


Bakı. Faiq Mahmudov – APA. ABŞ-ın Baltimor şəhərində yerləşən Merilend Universitetinin şəhərciyində atışma baş verib.
 
APA-nın “Baltimore Sun”a istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 3 nəfər ölüb. 
 
Naməlum şəxs avtomobillə şəhərciyə daxil olaraq, odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir nəfər aldığı güllə yarası nəticəsində hadisə yerindəcə keçinib, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ölüb.
 
Asayiş keşikçiləri ərazini mühasirəyə alıb.
 
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR