Bank Of Baku

ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət elan edilib
# 15 iyul 2015 04:12 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kentukki ştatında baş verən daşqınlar nəticəsində 2 nəfər ölüb.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 nəfər xəstəxanalara yerləşdirilib, azı 6 nəfər itkin düşmüş hesab edilir.

 

Təbii fəlakət nəticəsində Kentukki ştatında 150 evin tam və yaxud qismən dağıldığı bildirilir. Hazırda qəza zonasında axtarış-xilasetmə tədbirləri davam etdirilir. Bir çox yolların su altında qalması xilasedicilərin işlərini çətinləşdirir.

 

Qeyd edək ki, təbii fəlakətlə əlaqədar Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR