Bank Of Baku

ABŞ-ın Oklahoma ştatında tornado baş verib

ABŞ-ın Oklahoma ştatında tornado baş verib
# 07 may 2015 04:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Oklahoma-Siti şəhərində (Oklahoma ştatı) tornado baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Oklahoma-Siti şəhər aeroportunun bütün əməkdaşları və sərnişinlər hava limanından təxliyyə edilib.  

 

Şəhərin cənub-qərb bölgəsində yaşayış evlərinə ciddi ziyan dəyib. Belə ki, güclü külək ağacları aşırıb, nəqliyyatın hərəkəti çətinləşib, elektrik naqilləri sıradan çıxıb.

 

Oklahoma-Sitinin yaxınlığında yerləşən Bric-Krik şəhərində 25,  Amber şəhərində isə 10 ev dağılıb.

 

Təbii fəlakət Nebraska ştatında da  fəsadlar törədib, güclü külək 15 evə ciddi ziyan vurub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR