Bank Of Baku

ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi Kiyevə letal silahların verilməsini dəstəkləyib

ABŞ  Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi Kiyevə letal silahların verilməsini dəstəkləyib
# 01 may 2015 01:34 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Amerika hakimiyyəti büdcəyə Ukraynaya 200 mln dollar yardımın ayrılmasını nəzərdə tutan dəyişiklik edib.  

 

Məlumata görə, təşəbbüs komitənin 60 üzvü tərəfindən dəstəklənib, iki nəfər əleyhinə səs verib. Qeyd olunan məsələ ilə bağlı yekun qərar bir aydan sonra ABŞ Konqresi Nümayəndələr Palatasının iclasında veriləcək.   

 

“Assoşieyted Press” ayrılan vəsaitlərin separatçılarla mübarizəyə yönəldiləcəyini qeyd edir.  

 

Ağ Evin mətbuat katibi Erik Şults ABŞ prezidenti Barak Obamanın Ukrayna silah verilməsi məsələsi ilə bağlı hələlik qərar vermədiyini bildirib.  

 

Rusiya XİN-i, öz növbəsində, Ukraynaya silah tədarükünün Donbasda əldə olunan atəşkəsə və Rusiyanın təhlükəsizliyinə  təhdid yaradacağını bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR