Bank Of Baku

ABŞ Dövlət Departamenti: Ekstremist qruplaşmalar ABŞ və Avropa ölkələrinə qarşı yeni terror aktları planlaşdırır

ABŞ Dövlət Departamenti: Ekstremist qruplaşmalar ABŞ və Avropa ölkələrinə qarşı yeni terror aktları planlaşdırır
# 30 iyul 2015 10:24 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin qlobal terror təhlükəsi ilə bağlı yaydığı məlumatda deyilir.

 

“ABŞ və onun müttəfiqlərinin 2014-cü ilin avqustunda İraqda və Suriyada “İslam dövləti” terror təşkilatına qarşı hərbi-hava əməliyyatlarına başlayıb. Böyük ehtimal var ki, terror təşkilatları ABŞ, onun Avropadan olan müttəfiqləri və koalisiya üzvlərinə qarşı əks hücum təşkil edəcək”, - deyə məlumatda bildirilir.


 
Qeyd olunur ki, bu hücumlar bütün dünyada, xüsusilə də Yaxın Şərq, Şimali Afrika, Avropa və Asiyada baş verə bilər. Ekstremistlərin adi silahla yanaşı kütləvi qırğın silahlarından istifadə edə biləcəyi də vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR