Bank Of Baku

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək
# 27 aprel 2015 22:24 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın 2016-ci maliyyə ili üçün müdafiə büdcəsi Ukraynaya göstəriləcək hərbi yardımın əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, belə ki, 2016-cı il, sentyabrın 30-dək Ukraynanın hərbi və təhlükəsizlik qüvvələrinə 200 milyon dollar məbləğində hərbi yardım ediləcək.

 

Qeyd olunur ki, adıçəkilən yardım o cümlədən ABŞ-ın müdafiə nazirinə Ukrayna təhlükəsizlik qüvvələrinə letal (öldürücü) silahlar ayrılması üçün xüsusi səlahiyyətlərin verilməsini  nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR