Bakı-APA. Iranın nüvə proqramı üzrə razılaşmanın əldə edilməsi ABŞ və Rusiya arasında uğurlu əməkdaşlığın mümkünlüyünü sübut etdi.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Uğurlu əməkdaşlığa qadir olmağımız, şübhəsiz ki, münasibətlərimizi yaxşılaşdırır. Lakin bu, bizim bir sıra aspektlərdəki narahatlığımızı aradan qaldırmır. Misal üçün, Rusiyanın Ukraynadakı pozucu fəaliyyətinə dair”, deyə C.Ernest vurğulayıb.