Bank Of Baku

Baltimorda iğtiaşlar zamanı 5 jurnalist xəsarət alıb

Baltimorda iğtiaşlar zamanı 5 jurnalist xəsarət alıb
# 29 aprel 2015 00:27 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Baltimor şəhərində ötən gün iğtişaşlar zamanı azı 5 jurnalist xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər məlumat yayıb.

 

Məlumata görə, xəsarət alanlar arasında hadisələri işıqlandırmağa çalışan müxbirlər və fotoqraflar var.  

 

Bankomatın qarət olunmasının şahidi olan   “Daily Caller” Vaşinqton nəşrinin iki müxbiri 6 nəfər tərəfindən döyülüb. Daha bir neçə müxbir isə etirazçılardan müsahibə götürməyə cəhd edərkən döyülüb.

  

Qeyd edək ki, ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasındakı toqquşmalar zamanı 200 nəfər saxlanılıb.

 

İğtişaşlar nəticəsində 144 avtomobil və 15 bina yandırılıb.

 

Qarşıdurma zamanı şəhərin bir neçə böyük alış-veriş mərkəzi talan edilib.

 

Xatırladaq ki, toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR