Bank Of Baku

Barak Obama Konqresə İranla istənilən razılaşmanı əngəlləmək hüququ verən qanun layihəsini imzalamağa razılaşıb

Barak Obama Konqresə İranla istənilən razılaşmanı əngəlləmək hüququ verən qanun layihəsini imzalamağa razılaşıb
# 15 aprel 2015 10:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiya məsələsində Konqresə güzəştə getməli olub. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri respublikaçılar tərəfindən amerikalı qanunvericilərin İranla istənilən razılaşmanı əngəlləmək hüququna malik olması ilə bağlı təklif olunan qanun layihəsini imzalamağa razılıq verib.

 

Daha əvvəl Barak Obama qanuna qarşı veto hüququndan istifadə edəcəyini desə də, Demokratlar Partiyasından olan senatorların çoxunun bu sənədi dəstəkləməsindən və bununla da Konqresin prezidentin vetosunu ləğv edə biləcəyindən sonra fikrindən daşınıb.

 

Lakin eyni zamanda demokratlar qanun layihəsində bəzi dəyişikliklərə nail olublar və bu da sənədi Ağ Ev üçün daha məqbul edib . Sənəddə İranın atom məsələsi ilə bağlı razılaşmaya baxılması müddəti 60 gündən 30 günə qədər azaldılıb. Həmçinin Barak Obama Konqresin qərarı ilə deyil, prezidentin fərmanı ilə təyin edilmiş sanksiyaları birtərəfli şəkildə aradan qaldıra bilər.

 

Xatırladaq ki, aprelin 2-də Lozannada danışılar zamanı İran və “altılıq” ölkələri İranın nüvə proqramı ilə bağlı siyasi razılaşma əldə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR