Bank Of Baku

Bu gün ABŞ səfirliyinin Kubada açılma tarixi bəlli olacaq

Bu gün ABŞ səfirliyinin Kubada açılma tarixi bəlli olacaq
# 01 iyul 2015 00:41 (UTC +04:00)

Bakı-APA. İyulun 1-də ABŞ səfirliyinin Kubada açılma tarixi bəlli olacaq.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezident Barak Obama və dövlət katibi Con Kerrinin açıqlamaları gözlənilir.

 

Qeyd edək ki, Kuba və ABŞ nümayəndə heyətləri 2015-ci ilin yanvarında səfirliklərin açılması məsələsini müzakirə etmişdilər.

 

Apreldə isə ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastro arasında  Panamada keçirilən “Amerika sammiti” çərçivəsində ikitərəfli görüş keçirilmişdi. Bu, iki ölkənin liderləri arasında son 50 ildə  baş tutan ilk danışıqlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR