Bank Of Baku

Con Kerri: "İranın artıq 10-20 bomba hazırlamaq üçün kifayət qədər nüvə materialı var"

Con Kerri: "İranın artıq 10-20 bomba hazırlamaq üçün kifayət qədər nüvə materialı var"
# 24 iyul 2015 15:45 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda keçirilən beynəlxalq münasibətlər üzrə Şuradakı çıxışında deyib.

 

O bildirib ki, bu razılaşma olmadan heç bir şans əldə etmək mümkün olmazdı.

 

"Biz İsrail də daxil olmaqla, regionun təhlükəsizliyinə nail olmağa çalışırıq və buna alternativ yoxdur", - deyə C. Kerri vurğulayıb.

 

Razılaşmanın vacibliyindən danışan dövlət katibi vurğulayıb ki, İran artıq 10-20 bomba hazırlamaq üçün kifayət qədər nüvə materialına malikdir.

 

Dövlət katibi əlavə edib ki, razılaşma etibara yox, təftişə əsaslanır.

 

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin İranın mərhələli şəkildə beynəlxalq sanksiyaların altından çıxarılması barədə qətnaməsini tənqid edib, atom razılaşması şərtlərinin sərtləşdirilməsi üçün ABŞ-ın iqtisadi təzyiqinin saxlanılacağına ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR