Bank Of Baku

Daha 4 amerikalı senator İranın nüvə proqramına dair sazişi dəstəklədi

Daha 4 amerikalı senator İranın nüvə proqramına dair sazişi dəstəklədi
# 09 sentyabr 2015 04:57 (UTC +04:00)

Bakı-APA. ABŞ Demokratlar Partiyasından olan senatorlar  İranın nüvə proqramına dair sazişin  təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanması üçün daha 4 səs toplayıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, üç senator  - Oreqon ştatından Ron Vayden, Konnektikut ştatının təmsilçisi Riçard Blümental və Miçiqandan Qeri Piters sazişi dəstəklədiyini eyni vaxtda bəyan ediblər.  Az sonra daha bir senator-demokrat, Vaşinqton ştatından seçilən Mariya Kantuell İranın nüvə proqramına dair sazişi dəstəklədiyini ifadə edib.    

 

Beləliklə toplanan səslərin ümumi sayı 42-yə çatıb. Bu  İranın nüvə proqramına dair sazişin  təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanmasına kifayət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR