Bank Of Baku

Kaliforniyada 5 milyon dollarlıq kokain müsadirə edilib

Kaliforniyada 5 milyon dollarlıq kokain müsadirə edilib
# 15 may 2015 11:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. ABŞ-ın Kaliforniya ştatının Norko şəhərində polis 5 milyon dollar dəyərində kokaini müsadirə edib.

 

APA-nın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ştat rəhbərliyi məlumat yayıb. “Narkotik vasitələr qoşqusu olan yük maşınında yol polisi axtarış apararkən xüsusi itlər tərəfindən aşkarlanıb. Kokain qoşquda gizlədilib”,- deyə məlumatda bildirilir.

 

“Los Angeles Times”ın yaydığı məlumata görə, ümumi çəkisi 158 kq kokain xüsusi formada qablaşdırılıb. Yük maşınının kanadalı sürücüsü həbs olunub.

 

Müsadirə olunan narkotikin"qara bazar"da qiymətinin 5 milyon dollar olduğu bildirilir.

 

Xatırladaq ki, hadisə mayın 12-də baş verib. Lakin bu barədə 2 sutka sonra rəsmi məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR