Bakı-APA. Kolumbiyanın Kaldas departamentində qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 15 nəfər yerin altında qalıb
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ilkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.
Bununla belə, Kolumbiyanın “Blu Radio” radiostansiyası mədən işçilərinin öldüklərini, qəza qurbanlarının sayının isə artacağını ehtimal edir. Qəza baş verdikdə mədəndə 20-dən 25-dək fəhlənin olduğu bildirilir.