Bank Of Baku

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 52-yə çatıb - YENİLƏNİB

Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 52-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 19 may 2015 02:10 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 52-yə çatıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli hökumət ölənlərin sayının artacağı istisna etmir.

 

Son məlumatlara əsasən, onlarla insan itkin düşmüş hesab edilir.

 

Xatırladaq ki, ötən gün Kolumbiyanın şimal-qərbindəki Antokiya departamentində davam edən intensiv yağışlardan sonra torpaq sürüşməsi baş verib.

 

***

 

21:28

 

 

Bakı-APA. Kolumbiyanın şimal-qərbindəki Antokiya departamentində baş verən torpaq sürüşməsi nəticəsində azı 40 nəfər ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, davam edən intensiv yağışlar nəticəsində baş vermiş torpaq sürüşməsinə Santa Marqarita kəndi məruz qalıb. 

 

Təbii fəlakət zamanı bir çox ev uçub. Hadisə yerinə xilasedicilər cəlb olunub.  Hələlik təbii fəlakətin miqyası tam müəyyənləşməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR