Bank Of Baku

Meksikada hərbi helikopter atəşə tutulub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Meksikada hərbi helikopter atəşə tutulub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb
# 02 may 2015 01:11 (UTC +04:00)

Bakı-APA. Meksikanın Xalisko ştatında naməlum silahlılar hərbi helikopteri atəşə tutub.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, nəticədə 3 hərbçi ölüb, daha 12-si isə yaralanıb.

 

Qeyd olunur ki, mayın 1-də Xalisko ştatının paytaxtı Qvadalaxara şəhərində  iğtişaşlar baş verib.  Bir qrup narkotik alveri ilə məşğul olan dəstə üzvü şəhərdə 10-dan çox avtomobili yandırıb. Regionda hərbçilərin iştirakı ilə narkotik kartellərə qarşı xüsusi əməliyyatın keçirildiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR