Bank Of Baku

Meksikada naməlum şəxslər 11 nəfəri güllələyib

Meksikada naməlum şəxslər 11 nəfəri güllələyib
# 20 iyul 2015 08:34 (UTC +04:00)


Bakı. Faiq Mahmudov - APA. Meksikanın Duranqo ştatında naməlum şəxslərin 3 avtomobili atəşə tutması nəticəsində azı 11 nəfər ölüb, 5 nəfər yaralanıb. 
 
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər hadisəni törətdikdən dərhal sonra olay yerindən qaçıblar, onların tutulması üçün aparılan əməliyyat-axtarış tədbirləri hələlik heç bir nəticə verməyib. 
 
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 
 
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR