Bank Of Baku

Meksikada tornado nəticəsində 10 nəfər ölüb

Meksikada tornado nəticəsində 10 nəfər ölüb
# 25 may 2015 19:31 (UTC +04:00)

Bakı-APA. Meksikanın sərhədyanı Syudad-Akunya şəhərində baş verən dağıdıcı tornado nəticəsində 10 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, yüzlərlə ev və tikililərə ziyan dəyib, maşınlar aşıb, mobil rabitə kəsilib.

 

“Ölənlərin əksəriyyəti təbii fəlakət zamanı küçədə olublar”, deyə Syudad-Akunya şəhərinin meri bildirib.

 

Bundan əvvəl ABŞ-ın Texas ştatında güclü qasırğa nəticəsində 26 nəfər xəsarət almışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR