Bank Of Baku

Meksikada yük maşınının zəvvarlara çırpılması nəticəsində ölənlərin sayı 25-ə çatıb

Meksikada yük maşınının zəvvarlara çırpılması nəticəsində ölənlərin sayı 25-ə çatıb
# 31 iyul 2015 00:42 (UTC +04:00)

Bakı-APA. Meksikanın Sakatekas ştatında yük maşınının zəvvarlara çırpılması nəticəsində ölənlərin sayı 25-ə çatıb, 30 nəfər xəstəxanalarda qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin saytında bildirilir.

 

Qeyd edək ki, ağır yük maşını  200-dək zəvvarın iştirakı ilə keçirilən dini mərasim zamanı kütləyə çırpılıb və aşıb. İlkin məlumata görə, yük maşınının əyləcində problem olub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR