Bank Of Baku

Məxfi məlumatları sevgilisinə ötürməkdə təqsirli bilinən ABŞ MKİ-nin sabiq direktoru barəsində hökm çıxarılıb

Məxfi məlumatları sevgilisinə ötürməkdə təqsirli bilinən ABŞ MKİ-nin sabiq direktoru barəsində hökm çıxarılıb
# 24 aprel 2015 01:54 (UTC +04:00)

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmə həmçinin Petreusa 100 min dollar məbləğində cərimə ödəməsi barədə qərar verib.

 

MKİ-nin sabiq rəhbəri məxfi məlumatları yaxın münasibətdə olduğu “New York Times” nəşrinin  jurnalisti Paula Broudelə ötürdüyünü  etiraf edib.  

 

Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o,  2012-ci ildə vəzifəsindən istefa verib. 

 

General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə  Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR