Bank Of Baku

ABŞ Silahlı Qüvvələrinin Komandanlığı: Suriya müxalifəti terrorçularla sövdələşməyə gedib - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Komandanlığı: Suriya müxalifəti terrorçularla sövdələşməyə gedib - <span style="color: red;">VİDEO
# 26 sentyabr 2015 09:39 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi polkovnik Patrik Rayder bildirib.

 

Onun sözlərinə görə, Suriya müxalifəti hərbi texnika və silah-sursatın bir hissəsini terror qruplaşmasına verib.
 

“Bu xəbərlər ciddi narahatlıq doğurur və təsdiqlənəcəyi halda Suriya müxalifətinə hazırlıq keçilməsi və avadanlıqlarla yardım edilməsi ilə bağlı proqram şərtlərinin pozulmasına gətirib çıxara bilər”, - deyə o vurğulayıb.
 

Məlumata görə, Suriya müxalifəti “Ən Nusra Cəbhəsi”nin nəzarəti atlında olan ərazilərdən keçmək üçün terroristlərə 6 yük maşını və silah-sursat verib.


Sövdələşmənin həftənin bazar ertəsi baş tutduğu deyilir. Amerikalılara isə məlumat cümə günü daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR