APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinə məxsus “İl-76” təyyarəsi bu gün səhər Hindistan paytaxtından Azərbaycan paytaxtına kurs götürüb: “Təyyarə Bakıda yanacaq dolduraraq Ukraynaya doğru yola davam edəcək”.
Təxliyyə olunan şəxslərin sayı 87 nəfərdir. Onlarda 76-sı Ukrayna, digərləri isə başqa dövlətlərin vətəndaşlarıdır.