Bank Of Baku

Obama: “İŞİD-ə qarşı mübarizə qısamüddətli olmayacaq”

Obama: “İŞİD-ə qarşı mübarizə qısamüddətli olmayacaq”
# 06 iyul 2015 23:22 (UTC +04:00)

Bakı-APA. ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq üçün xaricə quru qoşunları göndərməyəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

 

Onun sözlərinə görə, İŞİD-ə qarşı mübarizə qısamüddətli olmayacaq. “İŞİD-in məhv edilməsi müəyyən vaxt tələb edir”, deyə B.Obama bildirib.

 

Onun sözlərinə görə, terrorçulara qalib gəlmək üçün, ilk növbədə, yerli güc strukturlarının möhkəmləndirməsi vacibdir.

 

Qeyd edək ki, ABŞ prezidenti Pentaqonda İŞİD-lə mübarizə ilə bağlı müşavirə keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR