Bank Of Baku

Pan Qi Mun: “BMT-nin növbəti baş katibi qadın olmalıdır”

Pan Qi Mun: “BMT-nin növbəti baş katibi qadın olmalıdır”
# 06 may 2015 22:43 (UTC +04:00)

Bakı-APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Qi Mun hesab edir ki, təşkilatın növbəti rəhbəri qadın olmalıdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş katibin nümayəndəsi Fərhan Haq bildirib.

 

“Pan Qi Mun dəfələrlə qeyd edib ki, BMT-nin baş katibi postunu qadının tutmalıdır. Bunun vaxtı çatıb. Baş katibin özü növbəti seçkilərdə iştirak etməyəcək və heç kimin namizədliyini dəstəkləməyəcək. Lakin, şübhəsiz ki, bu qadın olmalıdır”, deyə F.Haq bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR