Bank Of Baku

Pentaqon nümayəndəsi: Türkiyə hava məkanının Rusiya tərəfindən pozulması təsadüf deyil

Pentaqon nümayəndəsi: Türkiyə hava məkanının Rusiya tərəfindən pozulması təsadüf deyil
# 05 oktyabr 2015 15:28 (UTC +04:00)

Bakı - APA. ABŞ Müdafiə Nazirliyi - Pentaqon Türkiyə hava məkanının Rusiya hərbi təyyarəsi tərəfindən pozulması faktından dərin narahatlıq duyduğunu açıqlayıb. 

 

APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb. Pentaqonun yüksək vəzifəli rəsmi nümayəndəsi bildirib ki, Rusiya məsuliyyətli hərəkət etməlidir. O, hadisənin NATO-da müzakirə olunacağını deyib.

 

ABŞ müdafiə qurumunun digər təmsilçisi isə hadisənin təsadüf olmadığını söyləyib. O qeyd edib ki, baş vermiş olay NATO üzvü olan dövlətin suverenliyinin pozulmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR