Bank Of Baku

Qvatemalada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb

Qvatemalada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb
# 08 oktyabr 2015 03:25 (UTC +04:00)

Bakı-APA. Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 215-ə çatıb, 300-ə yaxın insan itkin düşmüş hesab olunur.

 

Hazırda hadisə yerində 560 xilasedici, 50 yük maşını, 28 traktor və ekskavator işləyir.

 

Qeyd edək ki, faciə ilə əlaqədar Qvatemalada 3 günlük matəm elan edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR