Bank Of Baku

Sent Luisdə aksiyalar zamanı 57 nəfər saxlanılıb

Sent Luisdə aksiyalar zamanı 57 nəfər saxlanılıb
# 11 avqust 2015 03:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Missuri ştatının Şərq dairəsi üzrə prokurorun ofisindən bildirilib.   

 

Məlumata görə, etirazçılar aksiya zamanı “vətəndaşların federal məhkəmənin yerləşdiyi binaya girişinə maneçilik yaratdığına görə” həbs olunublar.  “Ümumilikdə isə, etirazlar dinc şəraitdə keçirilib”, deyə məlumatda bildirilir. Saxlanılan şəxslərin tədricən sərbəst buraxıldığı bildirilir.  

 

Saxlanılanlar arasında tatınmış qaradərili fəalların da olduğu bildirilir. Bunlar məhkəmə binası qarşısında aksiyanın təşkilatçıları  Derey Makesson və Conetta Elzi, tanınmış alim, ilahiyyatçı, ictimai xadim  baptist keşiş Osaqiyefo Uxura Seku və filosof Kornel Uestdir.      

 

 Qeyd edək ki, ötən gün gecə saatlarında Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR