Bank Of Baku

Türk Şurasının baş katibi Şuraya üzv ölkələrin BMT-dəki daimi təmsilçiləri ilə görüşüb - FOTOSESSİYA

Türk Şurasının baş katibi Şuraya üzv ölkələrin BMT-dəki daimi təmsilçiləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2015 19:52 (UTC +04:00)

Qazaxıstanın BMT-dəki daimi nümayəndəliyinin ofisində keçirilən görüş barədə məlumat  APA-ya Türk Şurasının Baş  katibliyindən daxil olub. Görüşdə Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat  Abdrəhmanov, Azərbaycanın BMT-dəki daimi  nümayəndəsinin müavini Hüsniyyə Məmmədova, Qırğızıstanın BMT-dəki daimi  nümayəndəsinin müavini Nuran Niyazəliyev və Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Ləvənt Ələrin  iştirak etdiyi görüşdə  Türk Şurasının BMT-də müşahidəçi statusu əldə etməsi üçün görülmüş işlər və bu istiqamətdə atılacaq addımlar  müzakirə edilib.

 

Görüş iştirakçıları bununla bağlı olaraq BMT-nin Baş Assambleyasında iştirak edəcək olan Türk Şurasına üzv ölkələrin xarici işlər  nazirlərinə ətraflı məlumat verməyi qərara alıblar. Baş katib Həsənov və daimi nümayəndəliklərin rəsmi təmsilçiləri  Türk Şurasına üzv olan ölkələrin xarici işlər nazirlərin  sentyabrın 26-da Nyu-Yorkda  keçiriləcək toplantısının gündəliyinə daxil edilməsi planlaşdırılan maddələri  və toplantıya hazırlıq işlərini də müzakirə ediblər.

 

Görüşdə Türk Şurasının layihə direktorları Əli Çivilər, Yedim Mirzaxanov və protokol müdiri Əmrə  Yurdaqul   iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR