Bakı – APA. Vaşinqtonda Ağ evin ərazisinə keçməyə cəhd edən şəxs saxlanılıb.
APA-nın “The Washington Post”a istinadən verdiyi məlumata görə, həmin şəxs hökumət kompleksinin hasarından keçməyə çalışan zamanı tutulub.
Onun üzərində olan bağlamada təhlükəli heç nə aşkarlanmayıb.
Hadisə aprelin 19-da axşam saatlarında baş verib. Kimliyi bəlli olmayan şəxs hazırda polis nəzarətindədir.