Bank Of Baku

Azərbaycanda ilk Süni Mayalanma Mərkəzi yaradılıb

Azərbaycanda ilk Süni Mayalanma Mərkəzi yaradılıb
# 12 yanvar 2010 07:22 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov-APA. Azərbaycanda ilk dəfə olaraq Göygöl rayonunda Süni Mayalanma Mərkəzi yaradılıb. APA-nın məlumatına görə, kənd təsərrüfatının inkişafı dair imzalanmış xüsusi dövlət proqramı çərçivəsində yaradılan Süni Mayalanma Mərkəzində 350 min manat dəyərində müasir avadanlıq quraşdırılıb. Bu mərkəzin yaradılması respublikamızda heyvandarlığın inkişafına təkan verəcək. Yeni yaradılan Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasovun sözlərinə görə, regionlarda süni mayalanma şəbəkəsini genişləndirilməklə xırda və iri buynuzlu heyvanlar yüksək məhsuldar toxumlarla mayalandırılacaq: “Artıq bu məqsədlə Süni Mayalanma Mərkəzinə müxtəlif cinslərdən olan buğalar və camışlar gətirilib. Bizim məqsədimiz odur ki, gələcəkdə süni mayalanmanı təmin etmək üçün Rusiyadan, Türkiyədən və ya İrandan gətirilən toxumlardan yox, özümüzdə istehsal olunan toxumlardan istifadə edək. Biz gələcəkdə xarici ölkələrə də toxum satmaq niyyətindəyik. Bunun üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 4 baş “Murad” cinsindən olan camış kəlləri və bundan əlavə Rusiyadan 15 baş buğa alınıb”. Qeyd edək ki, dünya ölkələri içərisində cəmi 16 ölkədə Süni Mayalanma Mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR