Bank Of Baku

Göyçayda ilk soyuducu anbar kompleksinin inşasına başlanılıb

Göyçayda ilk soyuducu anbar kompleksinin inşasına başlanılıb
# 13 yanvar 2010 01:35 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunda meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ilk soyuducu anbar kompleksinin tikintisinə başlanılıb.

Göyçay rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçayın Ərəbcəbirli kəndində 2 min tonluq soyuducu anbar kompleksinin inşası üçün 3,5 mln. manat vəsait ayrılıb. Layihənin icrası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 mln. manat, yəni ümumi investisiyanın 70 faizi həcmində kredit verilib. Binanın təməli qoyulub və hörgü işlərinə başlanılıb.

“Paralel” MMC-nin sifarişi ilə inşa edilən anbarda 10 ədəd soyuducu kamera quraşdırılacaq. Almaniya və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz ediləcək soyuducu anbar kompleksi ilin sonunadək istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR