Bank Of Baku

Azərbaycanın Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak edir

Azərbaycanın Berlində keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak edir
# 15 yanvar 2010 16:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın bu il də Berlində keçirilən növbəti “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak etməsi üçün geniş nümayəndə heyəti Almaniyaya səfər edib. Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 12 şirkət 100-dən çox Azərbaycan məhsullarını 15 yanvardan 24 yanvar tarixinə kimi davam edəcək sərgidə ölkəmiz üçün ayrılmış pavilyonda nümayiş etdirəcək.

Açılış günü - yanvarın 15-də “Beynəlxalq Yaşıl Həftə” çərçivəsində ayrıca Azərbaycan haqqında təqdimat-mərasim keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkənin iqtisadi inkişafından bəhs edərək, ölkəmizin milli məhsulları ilə beynəlxalq mötəbər sərgilərdə təmsil olunduğunu və artıq üçüncü dəfə “Beynəlxalq Yaşıl Həftə” sərgisində iştirak etdiyini bildirib.

Daha sonra Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov “Azərbaycanda aqrar sahədə inkişaf və əməkdaşlıq imkanları”, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov “Azərbaycanın iqtisadi inkişafı”, Almaniyanın Qidalanma, Kənd Təsərrüfatı, və İstehlakçıların Müdafiəsi Nazirliyinin xarici iqtisadi əlaqələr departamentinin rəhbəri Dr. German Yeub “Aqrar sahədə Almaniya-Azərbaycan münasibətləri”, AZPROMO-nun prezidenti Adil Məmmədov isə “Azərbaycanda sərmayə mühiti” adlı məruzələri ilə çıxışlar ediblər.

Çıxışlardan sonra Azərbaycan muğam ustaları və milli rəqqasların ifasında konsert proqramı olub.

Tədbirin sonunda Azərbaycan milli mətbəxi əsasında ziyafət verilib.

Tədbirdə Almaniyanın hökumət və qeyri-hökumət qurumlarının, KİV, Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR