Bank Of Baku

Azərbaycanda ovlanan balıqların həcmi ötən il 30% azalıb

Azərbaycanda ovlanan balıqların həcmi ötən il 30% azalıb
# 21 yanvar 2010 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 1 200 tondan artıq balıq ovlanıb ki, ovlanan balıqların həcmi 2008-ci illə müqayisədə təxminən 30% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, 2009-ci il ərzində ölkədə 65 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 2 670 ton kvotaya qarşı 1 202 ton balıq ovlanıb. Ötən il 2008-ci illə müqayisədə kvota alan hüquqi və fiziki şəxslərin sayı 8,5%, kvotanın həcmi 27,8%, ovlanmış balığın həcmi isə 20,8% azalıb.

Ovlanmış balığın 18 tonu şamayı, 40 tonu kefal, 41 tonu kütüm, 79 tonu siyənək, 72 tonu çapaq, 27 tonu xul balığı, 39 tonu külmə, 839 tonu kilkə balıqlarının, 47 tonu isə xəşəm, dabanbalığı, çəki, qarasol, sıf və digər balıq növlərinin payına düşüb. Verilmiş kvota üzrə ödənilmiş məbləğin həcmi 17 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR