Ötən il Azərbaycanda kənd təsərrüfatı istehsalı 3,5% artıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə ölkədə qarğıdalı da daxil olmaqla 1 125,4 min hektar sahədən, hər hektardan orta hesabla 26,6 sentner olmaqla, ilkin çəkidə rekord miqdarda – 2 988,3 min ton taxıl məhsulu toplanılıb ki, 2008-ci ilə nisbətən onun istehsalı 19,6% və ya 490 min ton artıb.
Bununla yanaşı, 2009-cu ildə istehsal olunmuş taxıl məhsulunun 71,7%-ni və ya 2 141,4 min tonunu buğda təşkil edib. Taxılın 5,1%-i və ya 151,2 min tonu isə qarğıdalının payına düşüb. Əsasən payızlıqların hesabına dənli və dənli paxlalıların əkin sahəsinin 2008-ci ilə nisbətən 25,8% və ya 230,6 min hektar artması ümumi istehsala müsbət təsir edib. Taxılın əkin sahəsinin xeyli artması müqabilində 2008-ci ilə nisbətən pambığın, dən üçün günəbaxanın, kartofun, tərəvəzin və bostan bitkilərinin əkin sahələri azalıb. Belə ki, 2009-cu ildə xam pambığın istehsal həcmi 30,9 min ton olmaqla 2008-ci illə müqayisədə 44,2% azalıb. Bunun əsas səbəbi əkin sahəsinin 2008-ci ildəki 48,2 min hektardan 2009-cu ildə 21,1 min hektara qədər azalması olub.
Tütün istehsalı isə 2008-ci ilə nisbətən 5% artaraq 2,6 min tona çatıb. Tütün istehsalının artmasına əkin sahəsinin 2008-ci illə müqayisədə 12,6% genişləndirilməsi təsir göstərib.
Bununla yanaşı, ölkədə ötən il 7,6 min hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılıb və həmin sahələrdən 182,3 min ton məhsul götürülüb və 2008-ci ilə nisbətən şəkər çuğundurunun istehsalı 5,7% və ya 11 min ton azalıb.
Hesabat ilində sahələrdən 983 min ton kartof, 1 177,9 min ton tərəvəz, 410,8 min ton bostan məhsulları toplanıb.
Bundan başqa, 2009-cu ildə əksər növ meyvələrin artması hesabına rekord miqdarda – 721,4 min ton meyvə və giləmeyvə istehsal edilib, üzüm istehsalı 129,2 min tona çatıb və 2008-ci illə müqayisədə meyvə istehsalı 1,2%, üzüm istehsalı isə 11,5% artıb.
Yaşıl çay yarpağı istehsalı isə 38,3% artaraq 447 tona çatıb.
Bu ilin məhsulu ücün təmiz herik şumu da daxil olmaqla 991,6 min hektar və ya əvvəlki ilin müvafiq dövründəkindən 11,1% az sahədə şum qaldırılıb, 919,7 min hektarda dən və yaşıl yem üçün payızlıq taxıl səpilib. Bunun 908,7 min hektarı dən üçün nəzərdə tutulub. Dənlik taxılın 72,6%-i və ya 659,3 min hektarı buğda, 27,4%-i və ya 249,1 min hektarı arpa əkini sahəsidir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən dən üçün taxılın cəmi əkin sahəsi 13,6%, o cümlədən buğdanın əkin sahəsi 18,3% azalıb, arpanın əkin sahəsi isə 1,6% genişlənib.
Bundan başqa, hesabat ilində diri çəkidə 305,1 min ton ət, 1 433,1 min ton süd, 1 209,4 mln. ədəd yumurta və 15,3 min ton yun istehsal edilib. Ət istehsalı 2008-ci illə müqayisədə 0,8%, süd – 3,7%, yumurta – 9,8%, yun istehsalı isə 3,3% artıb.
Quşçuluq fabriklərində yumurta istehsalı 9,4% artaraq 565,4 mln. ədəd olub.
Bu il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 2 600,4 min baş iri buynuzlu mal-qara, 8,387 mln. baş qoyun və keçi mövcud olub. Ötən il yanvarın 1-nə nisbətən iri buynuzlu mal-qaranın sayı 1,2%, qoyun və keçilərin sayı isə 1,3% artıb. İri buynuzlu mal-qaranın 48,4%-ni inək və camışlar təşkil edir.
Qeyd edək ki, 2009-cu ildə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş mal və xidmətlərin faktiki qiymətlərlə dəyəri 1 943 min manat olub.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir