Bank Of Baku

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi hazırlanır

“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi hazırlanır
# 26 yanvar 2010 09:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlanır. APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Rəhbərlik etdiyi komitənin ilk iclasında çıxış edən E. İbrahimov "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin hazırda parlamentdə işləndiyini, bu sənədin qəbul edilməsinin kənd təsərrüfatının inkişafına böyük təkan verəcəyini söyləyib. Onun fikrincə, Azərbaycanın bir çox bölgəsində kənd təsərrüfatı o qədər inkişaf edib ki, həmin bölgələr büdcədən subsidiya almadan da özlərini maliyyələşdirə bilirlər: “Artıq Naxçıvan, Qəbələ, Abşeron, Xaçmaz və digər bölgələrdə kənd təsərrüfatının inkişafı bu rayonların 60-70 faiz özünü maliyyələşdirməsi ilə nəticələnib. Bu, çox yaxşı haldır. Rayonlar bu yolla ələbaxanlıqdan qurtulur. Bu rayonların subsidiyalardan istifadəyə ehtiyacı olmur. Çox ehtimal ki, biz bu qanun layihəsini yaz sessiyasına təqdim edəcəyik".

E. İbrahimov onu da əlavə edib ki, parlamentin yaz sessiyasında "Pambıqçılıq haqqında" qanun layihəsi ikinci, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR