Bank Of Baku

Azərbaycan ötən il pivə və araq istehsalını 12% artırıb

Azərbaycan ötən il pivə və araq istehsalını 12% artırıb
# 27 yanvar 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan sənayesində ikinci böyük xüsusi çəkiyə malik olun emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 4 196,3 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın daha çox hissəsi – içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalının payına düşüb. Qida məhsullarından şəkər istehsalı 16,5% artaraq 314,9 min ton, çay 8,4% artaraq 7,7 min ton, ət 2,8% artaraq 159,5 min ton, süd 3% artaraq 61,7 mln. dkl, kərə yağı 0,9% artaraq 14,2 min ton, şampan şərabı 13,4% artaraq 40,6 min dkl, pivə 12,3% artaraq 3,6 mln. dkl, araq 12,4% artaraq 841,8 min dkl olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR